XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Mart 2020 - 15:58

ÜST İrana tibbi yardım və altı tibbi heyət göndərib –Koronavirusla mübarizə üçün

İran koronavirusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) ilk tibbi yardım alıb.

Yerli “Tasnim” agentliyi məlumat yayıb ki, tibbi yardım Dubaydan Tehrana hərbi təyyarə ilə gətirilib.

Koronavirusla mübarizə üçün gətirilən yardım, əsasən, 100 min nəfər üçün nəzərdə tutulan 8 ton dərman, diaqnostik cihazlar, tibbi və laborator avadanlıqlardan ibarət olub.  

Bundan başqa, ÜST İrana həkimlər, laboratoriya ekspertləri və epidemioloqların daxil olduğu altı tibbi heyət göndərib.

Son məlumata görə, İranda yeni koronavirusa (COVID 19) yoluxanların sayı 2336-ya, bu virusdan ölənlərin sayı isə 77-ə çatıb. /APA