XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Mart 2020 - 16:33

Britaniya XİN:"Suriyada yaşanan böhranda məsuliyyət rejim və Rusiyanın üzərindədir"

Bu gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu britaniyalı həmkarı Dominik Raab ilə görüşüb.

“Anadolu” xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Böyük Britaniya naziri ölkəsinin Türkiyəni dəstəklədiyini açıqlayıb:

“NATO-nun üzvü olaraq biz də Türkiyənin İdlibdə yenidən atəşkəsi təmin etmək cəhdlərini dəstəkləyirik. Suriyada yaşanan humanitar böhranda məsuliyyət rejim və Rusiyanın üzərindədir. Suriya rejimi və Rusiyanın İdlibdəki amansız həmlələri yaxın keçmişdəki ən aqressiv hücumlardan biri olub. NATO olaraq Avropalı dostlarımızla həmrəy olmamız lazımdır”.

Report