XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2020 - 19:31

Merkellə Putin İdlibdəki gərginliyi müzakirə ediblər –Kremldən açıqlama

Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin arasında Suriyanın İdlib bölgəsindəki vəziyyət ilə bağlı telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığında qarşıdan gələn 5 mart görüşünün məhsuldar keçəcəyi ümid edilib.

Bundan başqa, söhbət zamanı Liviyadakı daxili münaqişədə hər iki tərəfin döyüşlərə son qoymasının vacib olduğu müzakirə edilib.

Telefon danışığının Almaniya tərəfinin təşəbbüsü ilə keçirildiyi bildirilir/Report.