XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2020 - 21:14

Xamnei:“İranda qısa vaxtda koronavirusun kökü kəsiləcək”

İranın Ali lideri ayətullah Əli Xamnei ölkədə koronavirusa qarşı mübarizədə bütün qurumları Səhiyyə Nazirliyi ilə əməkdaşlıq etməyə çağırıb.

Məlumata görə, Ə. Xamnei koronavirusun qarşısını almaq üçün əhaliyə dövlət qurumlarının göstərişlərinə əməl etməyi tövsiyə edib.

“İranda qısa müddət ərzində koronavirusun kökü kəsiləcək”, – deyə İranın Ali lideri vurğulayıb.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 77-ə, xəstəliyə yoluxanların sayı isə 2336-a çatıb/APA.