XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 March 2020 - 21:27

ABŞ-dan “Taliban”a daha bir jest –Vaşinqton sanksiyaların ləğvi ilə bağlı BMT TŞ-yə müraciət edib

ABŞ “Taliban”a qarşı sanksiyaların ləğv edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına müraciət edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin ikinci departamentinin rəhbəri Zamir Kabulov bildirib.

O qeyd edib ki, Moskva və Vaşinqton BMT Təhlükəsizlik Şurasında “Taliban”a qarşı beynəlxalq sanksiyaların ləğv edilməsi ilə bağlı məsləhətləşmələr aparırlar.

Qeyd edək ki, fevralın 29-da ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad və “Taliban” liderinin müavini, Qətərin siyasi nümayəndəliyinin rəhbəri Abdullah Qəni Baradar ABŞ və “Taliban” arasında sülh sazişini imzalayıblar/APA.