XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2020 - 22:44

“Associated Press” agentliyi bağlanır- 85 illik fəaliyyətinə son verir

Avstraliyanın “Associated Press” (AAP) milli xəbər agentliyi 85 illik fəaliyyətdən sonra bağlanır.

Agentliyin baş redaktoru Tony Gillies “Twitter”də yaydığı açıqlamada agentliyin bağlanmasını “ən üzücü gün” olaraq dəyərləndirib. AAP-ın baş icraçı direktoru Bruce Davidson prosesin iyun ayının sonunda başa çatacağını qeyd edib.

Agentliyin ölkənin bütün əyalətlərində 170-dən çox işçisi, eləcə də Yeni Zelandiya, London və Los-Ancelesdə müxbirləri vardı. AAP, News Corp. media qrupunun banisi Rupert Murdochun atası Keith Murdoch tərəfindən 1935-ci ildə qurulmuşdu(azərtac).