XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2020 - 23:11

Fransada kütləvi etirazlar başlayıb- Pensiya islahatlarına qarşı

Fransanın Milli Assambleyasında pensiya qanunu layihəsinə dair Konstitusiyanın 49.3 maddəsinin tətbiqi ilə bağlı hökumətin qərarından sonra ölkədə nümayişlər yenidən başlayıb.

Həmkarlar təşkilatlarının çağırışı ilə insanlar ölkənin bir çox şəhərlərində nümayişə başlayıblar. Ölkədə COVID-19 epidemiyasına görə 5000-dən çox insanı birləşdirən toplantılara qadağa qoyulmasına baxmayaraq etirazçılar küçələrə axışıblar.

Parisdə nümayişçilər Respublika meydanından Madlen istiqamətində irəliləyirlər. Nümayişçilərin yerli vaxtla saat 17-də Milli Assambleyanın yaxınlığındakı Edouard Herriot meydanına çatacağı planlaşdırılıb.

Xatırladaq ki, pensiya islahatına qarşı ötən il dekabrın 5-dən başlayan ümumi tətil və nümayişlər zamanı bir aydan çox ölkə nəqliyyat sistemi iflic olmuşdu, paytaxt Parisdə 14 metro xəttindən yalnız biri məhdudiyyətlərlə işlək halda, digərləri isə tamamilə bağlı qalmışdı(azərtac).