XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2020 - 23:50

Aİ üzvü olan 12 ölkə Avropa Komissiyasına çağırış etdi:"İqlim hədəflərini sərtləşdirin"

Avropa İttifaqının (Aİ) üzvü olan İspaniya, Fransa, İtaliya və daha 9 ölkə bu onillikdə tullantıların daha çox məhdudlaşdırılması məqsədilə Avropa üçün təzyiq bloku formalaşdırırlar.

Aİ Paris Sazişinə müvafiq olaraq, 1990-cı il səviyyəsi ilə müqayisədə tullantıların 40 faiz azaldılması barədə BMT qarşısında öhdəlik götürüb. Lakin 40 faiz qismində məqsədli göstərici 2014-cü ildə müəyyən edilib. Bir çox ölkələr və Avropa Komissiyasının özü də başa düşür ki, bu günə daha etibarlı hədəf təqdim etmək imkanları mövcuddur.

Almaniyanın daxil olmadığı 12 dövlətdən ibarət bu blok məktubunda Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermansdan Brüsselin tullantıların 50 faizdən 55 faizədək azaldılması üzrə yeni hədəfi nəzərdə tutan təqdimat prosedurunu 2020-ci ilin iyununadək sürətləndirməyi xahiş edir. İspaniya, Fransa, İtaliya, Avstriya, Danimarka, Finlandiya, Latviya, Lüksemburq, Hollandiya, Portuqaliya, Sloveniya və İsveçin Ətraf Mühit nazirləri digər ölkələrin də onlardan nümunə götürəcəklərini təsdiqləyirlər.

İqlim bloku iqlim dəyişmələri barədə Avropa qanununun təqdim edilməsi astanasında yaradılır. Qanun Aİ-nin ekoloji hədəfləri və iqlim siyasəti nailiyyətlərinə cavabdeh olan F.Timmermans tərəfindən martın 4-də təqdim ediləcək. Qanunda xalis tullantıların 2050-ci ildə sıfra endirilməsinə nail olmaq nəzərdə tutulur.

Cümə axşamı günü 27 nazir iqlim dəyişmələri sahəsində siyasət məsələlərini müzakirə etmək üçün Brüsseldə görüşəcək.

2015-ci ildə imzalanan Paris Sazişinə görə, pakta qol çəkən ölkələr 2030-cu ilədək tullantıların azaldılması üzrə milli planları yeniləməlidirlər. Bu prosesin noyabr ayında Qlazqoda (Böyük Britaniya) təşkil olunacaq İqlim sammitində tam başa çatacağı gözlənilir(azərtac).