XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 20:06

“Gürcüstanı NATO-ya qəbul etməyin zamanıdır” – Türkiyəli nazirdən gözlənilməz açıqlama
Türkiyə NATO-nun növbəti sammitində alyansın Gürcüstan da daxil, yeni namizədlər hesabına genişlənməsinin elan edilməsinin tərəfdarıdır.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud çavuşoğlu NATO ölkələri XİN başçılarının Antalya görüşünə yekun vurarkən bildirib.
“Biz NATO-nun genişləndirilməsinin tərəfdarıyıq. Bu gün bizim 4 namizəd ölkəmiz var – çernoqoriya, Bosniya və Hersoqovina, Makedoniya və Gürcüstan. Və biz istəyirik ki, 2016-cə ildəki sammitin məqsədi alyansın genişlənməsi olsun”, – deyə Türkiyə xarici siyasət idarəsinin başçısı qeyd edib(Musavat.com).
Strateq.az xəbər verir ki, son aylar Rusiya ilə enerji sahəsində böyük əməkdaşlığa can atan Türkiyənin XİN başçısının bu açıqlaması gözlənilməz və sensasion sayıla bilər.