XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2020 - 13:22

Türkiyəli nazir iranlı nümayəndə heyəti ilə görüşdən imtina etdi- Müzakirələrin “Skype”la keçirilməsi təklif olunub

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirus təhlükəsi ilə əlaqədar İrandan olan nümayəndə heyəti ilə görüşdən imtina edib.

Trend-in məlumatına görə, nümayəndə heyəti virusla mübarizə tədbirlərini müzakirə etmək üçün bu gün Ankaraya gəlməli idi.

Türkiyəli nazir müzakirələrin “Skype” vasitəsilə keçirilməsini təklif edib.