XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2020 - 14:55

Hindistan və Malayziyada koronavirusa yoluxanların sayı artıb

Hindistan və Malayziyada koronavirusa yoluxanların sayı artıb.

Məlumata görə, Hindistanda 16 İtaliya vətəndaşına koronavirus diaqnozu qoyulub. Malayziyada isə daha 14 nəfərdə koronavirus aşkarlanıb.

Beləliklə, indiyədək Hindistanda 28, Malayziyada isə 50 koronavirusa yoluxma faktı qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 574-yə çatıb. Bunların 51 056 nəfəri sağalıb, 3 204 nəfəri isə ölüb/Report.