XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2020 - 20:02

İsveçrədə 200-dən artıq sakin karantindədir

İsveçrədə koronavirusa yoluxanların sayı 54-ə çatıb, bunun da 39-u laboratoriya təhlilləri əsasında təsdiqlənib.

Bu barədə ölkənin Federal İctimai Səhiyyə Ofisi açıqlama verib.

Bildirilib ki, ölkədə 100-dək insanın koronavirus testi müsbət nəticə verib.

“Vəziyyət ciddidir və getdikcə daha da çətinləşir”, – deyə qurumun nümayəndəsi Daniel Kox mətbuat konfransı zamanı bildirib: “Ölkədə 200-dən artıq sakin karantindədir. Hazırda məktəbləri bağlamaq niyyətində deyilik. Əks təqdirdə, uşaqlar evdə qalaraq virusa yoluxma ehtimalının daha yüksək olduğu yaşlı ailə üzvləri ilə daha çox təmasda olacaqlar”.

Mövcud “Epidemiya Aktı”na əsasən, hökumət ölkədəki vəziyyəti “xüsusi” olaraq dəyərləndirib. Bu da 26 kantonda (əyalətdə) ictimai tədbirləri qadağan etmək və başqa tədbirlər görmək üçün əsas yaradıb. Mövcud vəziyyətə görə təxirə salınan tədbirlər arasında Cenevrə Beynəlxalq Avtomobil Sərgisi, Bazel Dünya Saatlar Yarmarkası, Cenevrə Beynəlxalq Film Festivalı, Cenevrə İnsan Hüquqları Forumu kimi ənənəvi beynəlxalq tədbirlər də var/Report.