XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2020 - 20:16

Zelenski Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb- FOTO

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Nazir vəzifəsinə Denis Şmıqalın namizədliyini irəli sürüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ukrayna parlamenti bu gün Baş Nazir Aleksey Qonçarukun istefa ərizəsini qəbul edib.

Qanuna görə, Baş Nazirin istefasından sonra bütün kabinet istefa verməlidir. Hökumət yeni kabinet formalaşana qədər öz vəzifələrini yerinə yetirəcək.

Qeyd edək ki, Ukrayna hökumətinin başçısı Aleksey Qonçaruk vəzifəsindən istefa verməsi barədə ərizəsini martın 3-də Ali Radaya göndərib.