XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2020 - 20:59

Rusiyada sosial şəbəkələrdə “koronavirus cəzası”- Yalan məlumat yayan səhifələrə giriş məhdudlaşdırılacaq

Rusiya rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət üzrə Federal Xidmət (Roskomnadzor) Baş Prokurorluğun tələbi ilə koronavirus barədə sosial şəbəkələrdə yayılan yalan məlumatları qadağan olunmuş informasiya reyestrinə daxil edəcək.

Azərtac xəbər verir ki, Rusiya Baş Prokurorluğu “Roskomnadzor”a “Facebook” və VKontakte” sosial şəbəkələrində koronavirus barədə yalan məlumatlar yayan səhifələrə keçidlər də təqdim edib. Rusiya qanunlarına əsasən, “Roskomnadzor” belə resurslara girişi məhdudlaşdırır, onların sahiblərinə və ya hostinq-pravayderlərə pozuntu barədə bildiriş göndərir.