XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2020 - 20:27

“Vəziyyət sürətlə dəyişir” –Almaniya koronavirusun epidemiyaya çevrildiyini açıqladı

Koronavirus epidemiyası geniş yayılaraq pandemiya səviyyəsində kütləvi xarakter alıb.

“İnterfax” xəbər verir ki, bu barədə Almaniyanın federal səhiyyə naziri Yens Şpahn məlumat verib.

“Vəziyyət sürətlə dəyişir. Xəstəliyin pik nöqtəsinə çatdığı aydındır”, – deyən nazir ölkə səhiyyəsinin epidemiyaya qarşı mübarizəyə hazır olduğunu, əlavə olaraq xəstəxanalar üçün qoruyucu geyimlər alınacağını da diqqətə çatdırıb.

Bununla yanaşı, naməlum xəstəliyin yayılması nəticəsində müəyyən təlaşın yarandığı, ərzaq mallarına tələbatın artması ilə bəzi supermarketlərin boşaldığı da qeyd olunub.

Qeyd edək ki, Almaniyada koronavirusa yoluxma halları 200-ü ötüb/Report.