XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

04 Mart 2020 - 21:10

Ərdoğanı təhqir edən CHP-li deputat döyüldü –Türkiyə parlamentində dava + VİDEOLAR

Bu gün Türkiyə Böyük Millət Məclisində İdliblə bağlı keçirilən iclasda Prezident Ərdoğan haqqında təhqir xarakterli fikirlər işlətdiyinə görə hakim AKP-çilərlə müxalif CHP-li deputatları arasında dava düşüb.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iclasda CHP millət vəkili Engin Özkoç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhqir edib.

Bundan sonra hakimm  partiya üzvləri ona etirazını ifadə ediblər. Bu zaman tərəflər arasındakı “söz atışması” əlbəyaxa davaya çevrilib.

Yayılan videolarda AKP-li deputatlardan birinin Engin Özkaça yumruq zərbəsi endirdiyi aydın görünür.

Məsələ ilə bağlı açıqlama verən AKP sədrinin müşaviri Numan Kurtulmuş CHP-li deputatın hüquq qarşısında cavab verəcəyini bəyan edib.

Məlumata görə, Ankara prokurorluğu Özkoç haqqında “Cümhur başqanına həqarət” ittihamı ilə cinayət işi açıb.