XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2020 - 13:16

Əbu Dabinin şahzadəsi də koronavirusa yoluxdu –Sarayında karantinə alınıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi əmirliyinin vəliəhdi şahzadə Məhəmməd bin Zeyed koronavirusa yoluxub.

Məlumatı “Al Arabiya” yayıb.

Bildirilib ki, yəmənli müxbir Karen Ann Carylın iddiasına əsasən, vəliəhd şahzadə koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya aparılıb. Analizlərin nəticəsi müsbət çıxdığından şahzadə sarayında karantinə alınıb.

Məlumata görə, Məhəmməd bin Zayed virusa sarayda işləyən filippinlidən yoluxub.

BƏƏ-də indiyədək koronavirusa 28 yoluxma faktı qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 84 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 600-ə çatıb. Bunların 53 695 nəfəri sağalıb, 3 287 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. /Report