Ankara İkinci Ağır Cinayətlər Məhkəməsində Rusiya səfiri Andrey Karlovun qətlində təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Sputnik Türkiyə”nin verdiyi xəbərə görə, prokuror A. Karlovun qətlində təqsirləndirilən 28 nəfərdən 8-nin ömürlük, 5-nin 15 il müddətinə azadlıqdan məhrum edilməsini, 6 nəfərə bəraət verilməsini və məhkəmədən gizlənən 9 nəfər barəsində olan işin ayrı icraata verilməsini istəyib.
Prokuror sui-qəsdin FETÖ terror təşkilatı tərəfindən təşkil edildiyinə dair dəlillərin sübuta yetirildiyini vurğulayıb.
Məhkəmə prosesi təxirə salınıb.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri A. Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb, ona hücum edən şəxs – polis məmuru Mevlut Mert Altıntaş polis tərəfindən zərərsizləşdirilib. (apa)