XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2020 - 16:11

İranda koronavirusa görə təhsil müəssisələri bağlanıb –Martın 20-nə qədər

İranda koronavirusa görə məktəb və universitetlərdə martın 20-nə kimi tətil elan olunub.  

Bunu İranın Səhiyyə naziri Səid Nəməki bu gün koronavirusla mübarizə qərargahının verdiyi qərarlar haqqında danışarkən deyib. Onun sözlərinə görə, bundan sonra bütün şəhərlərin giriş-çıxışında koronavirusa yoluxmada şübhəli bilinən şəxslər 14 gün karantinə alınacaq: “Universitetlərə qəbul imtahanları təxirə salınıb. Xəstəliyə yoluxduğunu gizlədən şəxslər cəzalandırılacaq”.

Səhiyyə naziri əhalini evlərdən çıxmamağa çağırıb: “Xəstəliyin yayılma sürəti çox və ciddidir”.

S.Nəməki vətəndaşları Novruz bayramı tətilində səfərlərdən çəkinməyə çağırıb. Nazir dövlətin özəl sektora yardım edəcəyini vurğulayıb. (apa)