XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2020 - 18:47

Daha iki ölkədə koronavirusa yoluxanların sayı artıb

Misir və Sloveniyada koronavirusa yeni yoluxma faktı aşkarlanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hər iki ölkədə 1 koronavirusa yeni yoluxma faktı qeydə alınıb.

Məlumata görə, Misirdə koronavirusa yoluxmuş şəxs xarici səfərdən qayıdıb. Sloveniyada yeni yoluxma faktı isə daha öncə yoluxmuş şəxslə təmasda olan insanda qeydə alınıb.

Beləliklə, koronavirus daşıyıcılarının sayı Misirdə 3-ə, Sloveniyada isə 2 nəfərə çatıb.