XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2020 - 19:20

Almaniyada təhlükəli qrip epidemiyası yayılıb- 202 nəfərin ölümünə səbəb olub

Almaniyada təhlükəli qrip epidemiyası yayılmağa başlayıb və virusun yayılması xeyli sayda insanların ölməsi ilə nəticələnib.

Azərtac Almaniya KİV-lərinə istinadla xəbər verir ki, yayılan virus təkcə bu ölkədə 202 nəfərin ölümünə səbəb olub və ölənlərin 87 faizi yaşı altmışdan yuxarı olanlardır.

Qeyd edək ki, ümumilikdə laboratoriya şəraitində təsdiq olunmuş virusa yoluxanların sayı 119.280 nəfərdir. Əslində adı çəkilən epidemiyaya yoluxanların ümumi sayının daha artıq olduğu ehtimal edilir, çünki yuxarıda qeyd edilən rəqəm yalnız xəstəxanaya müraciət etmiş xəstələrin qeydiyyatı əsasında müəyyənləşdirilib. Uşaq bağçalarında, xəstəxanalarda virusun yayılma riski daha yüksək olduğu bildirilir. Robert Koch Elmi Tədqiqat İnstitutu adı çəkilən qrip virusunun ilk dəfə keçən ilin payızında Almaniyada müşahidə olunduğunu bildirib və son bir neçə həftədə virusa yoluxanların sayının kəskin artdığı bildirilir.

Qripə yoluxanlar bu xəstəliyi o qədər ağır keçirirlər ki, onların 17 faizi bununla əlaqədar xəstəxanaya müraciət edirlər və son bir həftədə 18.862 nəfərin adı çəkilən virusa yoluxduğu rəsmi olaraq təsdiq olunub.