XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2020 - 20:12

Dünya Bankı koronavirusla mübarizəyə 12 milyard dollar ayıracaq- Açıqlama

Dünya Bankı koronavirusla mübarizəyə yardım məqsədilə inkişaf etməkdə olan ölkələrə 12 milyard dollar ayıracaq. Bank rəhbərliyi bu yardımın bütün dünyada virusun yayılma sürətini azaldacağına ümid edir.

Bankın planına kreditlərin, qrantların ayrılması, həmçinin iqtisadi siyasət üzrə məsləhətləşmələrin keçirilməsi və koronavirusla mübarizədə texniki yardımın göstərilməsi daxildir.

“Biz COVID-19 virusunun yayılmasına qarşı mübarizədə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına əsaslanan sürətli və çevik reaksiyanı təmin etmək üzərində çalışırıq”, – deyə Dünya Bankının prezidenti Devid Malpass bəyan edib.

Xarici Ölkələrin İnkişafı İnstitutunun məruzəsində deyilir ki, virusun yayılması nəticəsində daha çox Şri-Lanka, Vyetnam və Filippin iqtisadi risk qarşısındadır. Məruzədə daha sonra bildirilir ki, Böyük Səhra ölkələri koronavirusun yayılması nəticəsində 4 milyard dollaradək ziyana düşə bilər.