XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2020 - 21:27

Dünyada ÜDM artımının azalacağı gözlənilir –İİF

ABŞ Beynəlxalq Maliyyə İnstitutunun (İİF) proqnozuna görə, cari ildə dünya ÜDM-nin artımı 1%-ə yaxın olacaq ki, bu da 2008-ci ildəki maliyyə böhranından sonrakı dövrdə ən aşağı səviyyədir.

TASS xəbər verir ki, bu barədə təşkilatın rəhbəri və baş iqtisad eksperti Robin Bruks tərəfindən yayılan açıqlamada bildirilir.

Açıqlamaya görə, COVİD-19 ətrafındakı “qlobal təlaş” bir sıra fəsadlara səbəb ola bilər, hazırkı vəziyyət isə xeyli müəmmalıdır.

“Biz ABŞ-da ÜDM artımına dair builki proqnozumuzu 2%-dən 1,3%-dək, Çindəki iqtisadi artıma dair isə 5,9%-dən 4%-dən də aşağıya azaltmışıq. Dünya iqtisadi artımı ötən ilki 2,6%-dən görünür ki, 1%-ə yaxın olacaq”, – R.Bruks Vaşinqtondakı nitqində qeyd edib.

“Hazırda COVİD-19 ilə bağlı problemlərin böyüdüyü təşəkkül mərhələsində olan bazara malik ölkələrdə iqtisadi artımın zəif olduğunu qeyd etdik”, – deyən ekspert Meksika və Cənubi Afrika Respublikası kimi ölkələri pul kredit siyasətini yumşaltmağa çağıraraq bu yaxınlarda Federal Ehtiyatlar Sistemi tərəfindən təməl faiz dərəcəsini 50 faiz bəndi azaltmaq qərarı sayəsində bunu milli valyutaları əhəmiyyətli dərəcədə zəiflətmədən həyata keçirtmək imkanının yarandığını diqqətə çatdırıb.

Bütün dünyada tədarük zəncirlərində ciddi çətinliklər yaşandığına diqqət çəkən ekspert koronavirusun yayılması və buna qarşı mübarizə tədbirləri üzündən xidmətlər sahəsinin də ciddi fəsadlarla üzləşəcəyi barədə xəbərdarlıq edib.

“Almaniya iqtisadiyyatı avtomobil istehsalatında davam edən struktur problemləri də nəzərə alınsa, hələ də çox zəifdir. Yaponiya 2019-cu ilin oktyabr ayında qəbul edilmiş istehlak vergisinin artırılmasının yükü altındadır. Təşəkkül mərhələsindəki bazara malik ölkələrdə iqtisadi artım hələ COVİD-19 ortaya çıxmadan da zəif idi”, – İİF rəhbəri qeyd edib. (report)