XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2020 - 22:14

Rusiyada xeyli sayda tələbə karantinə alındı

Rusiyanın Sankt-Peterburq şəhərində Şimal-Qərb Dövlət Tibb Universitetinin 700-dən artıq tələbəsi karantinə alınıb.

RBK xəbər verir ki, ali məktəbin Mətbuat xidmətindən verilən açıqlamaya görə, koronavirus İtaliyadan ixtisas məşğələləri üçün gələn bir tələbədən yayılıb. Hazırda həmin tələbənin başqaları ilə təmasları araşdırılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 97 022-yə çatıb. Bunların 53 983 nəfəri sağalıb, 3 311 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. (report)