Koronavirusun Gürcüstanın turizm gəlirlərinə mənfi təsirləri var. Bu təsirlərin daha da artacağı gözlənilir. Lakin, regional təsirlərinin hesablanması üçün zamana ehtiyac var.
Azərtac xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin birinci müavini Yekaterine Mikabadze deyib.
O bildirib ki, koronavirusun qlobal iqtisadiyyatda mənfi təsirlərə malik olması artıq aydındır. Virus iqtisadi əlaqələrə də təsirsiz ötüşmür.