XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

06 Mart 2020 - 09:21

Türkiyə ordusu Əsədin 21 hərbçisini zərərsizləşdirdi –Müdafiə Nazirliyi

Türkiyə Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları martın 5-də İdlibdə 2 türk əsgərinin həlak olmasına cavab olaraq Suriya ordusunun 21 əsgərini zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər verir.

Qeyd edilir ki, Türkiyə ordusunun cavab atəşi ilə qarşı tərəfin iki artilleriya qurğusu və həmin sayda yaylım atəşi reaktiv sistemi də məhv edilib.

Əməliyyat yerli vaxtla saat 16:00-da keçirilib.

Daha əvvəl Milli Müdafiə Nazirliyi bildirib ki, Bəşər Əsədə məxsus qüvvələrin atəşi nəticəsində İdlibdə iki türk hərbi qulluqçusu həlak olub, daha üç hərbçi yaralanıb. (report)