XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2020 - 11:16

“Oyunların azarkeşsiz keçirilməsi barədə düşünmək istəmirəm” –UEFA prezidenti

“Koronavirus ciddi problem, həll etməli olduğumuz situasiyalardan biridir”.

Bunu UEFA prezidenti Aleksander Çeferin koronavirus infeksiyasının yayda keçiriləcək Avropa çempionatına mümkün təsiri barədə danışarkən deyib.

Sloveniyalı futbol funksioneri qitə birinciliyinin planlaşdırıldığı kimi keçiriləcəyini düşünür: “Mən məsələyə müsbət tərəfdən baxıram. AVRO-2020-nin startı verilməmiş vəziyyəti nəzarət altına götürəcəyik, bundan narahat deyiləm. Oyunların azarkeşsiz keçirilib-keçirilməməsi məsələsi barədə heç düşünmək də istəmirəm. Çünki hər şeyin planlaşdırıldığı kimi keçəcəyinə əminəm. Vəziyyəti düzgün dəyərləndirsəniz, təşvişə düşməzsiniz”.

Qeyd edək ki, AVRO-2020 12 iyun – 12 iyul tarixlərində Avropanın 12 şəhərində keçiriləcək. Turnir çərçivəsində qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir matçı Bakıda olacaq. (Apasport.az)