XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2020 - 14:43

Kabildə siyasi liderlərin iştirak etdiyi mərasimə hücumda 23 nəfər ölüb

Əfqanıstanda siyasətçilərin də iştirak etdiyi mərasimə silahlı hucum nəticəsində 23 nəfər ölüb, 33 nəfər isə yaralanıb.

Ölənlərin sayının artacağı istisna deyil.

Bildirilir ki, hücumda Baş nazir Abdulla Abdulla zərər çəkməyib.

***

Əfqanıstanın paytaxtı Kabildə keçirilən anma mərasiminə silahlı hücum olub.

“Anadolu” xəbər verir ki, mərasimdə prezidentliyə keçmiş namizəd, Əfqanıstan İslam Respublikasının icra rəisi (baş nazir) Abdulla Abdulla daxil olmaqla bir sıra siyasətçilər iştirak edirmiş.

Tədbir məşhur əfqanıstanlı siyasətçi Abdul Ali Mazari ölümünün ildönümünə həsr olunubmuş.

Məlumata görə, silahlı hücumu “Taliban” təşkil edib.

***

Lakin təşkilatın sözçüsü Zabinullah Mücahid bu xəbəri təkzib edib.

Qeyd edək ki, Abdulla Abdulla Əfqanıstanda keçirilən son prezident seçkilərində 44% səslə Əşrəf Qaniyə məğlub olub. (report)