XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2020 - 15:26

Gürcüstan əcnəbilərin ölkəyə daxil olmasını sərtləşdirdi –Qərar

Gürcüstan koronavirus təhlükəsi ilə əlaqədar olaraq ölkə ərazisinə daxil olmaq şərtlərini sərtləşdirib.

Bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasında qərar qəbul olunub.

Qərara əsasən, Gürcüstana gedən və son 14 gün ərzində epidemiya riskinin olduğu ölkələrdə səfərdə olan yerli və xarici ölkə vətəndaşları ölkəyə daxil olarkən koronavirus tetsindən keçmələri barədə sertifikat təqdim etməli olacaqlar.

Əcnəbilər bu sənədi gəldiyi ölkənin və ya tranzit ölkənin müvafiq laboratoriyasından əldə etməlidir.

Gürcüstana daxil olan şəxslər sərhəd-keçid məntəqələrində intensiv tibbi yoxlanışdan keçiriləcək və məcburi qaydada 14 günlük karantində saxlanılacaqlar. (Report)