XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2020 - 18:07

Nildə üzən gəmidə koronavirus aşkarlandı –Misirin səhiyyə naziri

Nil çayının Misirdən keçən hissəsində hərəkət edən gəmidə koronavirus aşkarlanıb.

Bunu ölkənin səhiyyə naziri Hala Zayed deyib.

Onun sözlərinə görə, Asuandan Luksora hərəkət edən kruiz gəmisində 12 nəfərdə koronavirus aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 94 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 242-ə çatıb. Bunların 55 986 nəfəri sağalıb, 3 408 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. (report)