XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2020 - 18:57

Türkiyə klubunun Avropa Liqası oyununa azarkeş buraxılmayacaq

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsindəki “Kopenhagen” (Danimarka) – “Başakşehir” (Türkiyə) matçı azarkeşsiz keçiriləcək.

“NTV Spor” xəbər verir ki, fanatlar martın 12-də Kopenhagendə olacaq görüşü koronavirus səbəbindən stadiondan canlı izləyə bilməyəcəklər. Virusun yayılmasının qarşısını almaq məqsədilə bu addımın atıldığı bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya “Valensiya”sı ilə İtaliya “Atalanta”sı arasındakı cavab oyunu, həmçinin Avropa Liqasının 1/8 final mərhələsinin “İnter” (İtaliya) – “Xetafe” (İspaniya) görüşü də eyni səbəbdən azarkeşsiz baş tutacaq.

Xatırladaq ki, Danimarkada koronavirusa 21 yoluxma halı aşkar olunub. (Report)