XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2020 - 23:41

Moskvada koronavirusa yoluxan şəxs sağalıb –Moskva merinin müavini

Moskvada koronavirusa yoluxan xəstə sağalıb, tezliklə xəstəxanadan buraxılacaq. 

Bu barədə cümə günü jurnalistlərə Moskva merinin müavini Anastasiya Rakova məlumat verib.

“Yaxşı məlumatımız var. Koronavirusa yoluxan xəstə sağalıb. Artıq onda yeni virusun heç bir əlaməti olmadığı təsdiqlənib. Yaxın günlərdə sərbəst buraxılacaq”, – A.Rakova bildirib.

Qeyd edək ki, martın 6-da koronavirusun qarşısının alınması və nəzarəti üzrə operativ qərargahdan bildirilib ki, Rusiyada son bir gün ərzində 6 yoluxma qeydə alınıb – Nijni Novqorodda 1, Moskvada 5 hal.

Onların son iki həftə ərzində İtaliyaya səfər etdikləri bildirilib. (apa)