XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2020 - 20:50

İƏT Xarici İşlər Nazirləri Şurasının sessiyası təxirə salınıb

Niger hökuməti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının bu il aprelin 3-4-də paytaxt Niamey şəhərində keçirilməsi planlaşdırılan 47-ci sessiyasını qeyri-müəyyən vaxta təxirə salıb.

Azərtac xəbər verir ki, bu barədə İƏT Baş Katibliyinin bəyanatında bildirilir.

Tədbirin təxirə salınmasına səbəb dünyada yayılan koronavirus (COVID-19) infeksiyasının yaratdığı epidemioloji vəziyyətdir.