XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2020 - 22:30

KXDR-dən Cənubi Koreyaya sığınanlar siyasi partiya yaradıblar

Koreya Xalq Demokratik Respublikasından (KXDR) Cənubi Koreyaya sığınanlar özlərinin ilk siyasi partiyalarını yaradıblar.

Azərtac Yonhap agentliyinə istinadla xəbər verir ki, Koreya Vəhdət Partiyası həmvətənlərin azadlığı uğrunda mübarizəni qarşıya məqsəd qoyub.

“Baxmayaraq ki, bizim sayımız azdır, amma mən imkanlarımızın böyük olduğuna inanıram. Düz iki ay əvvəl mən özüm şübhə edirdim ki, biz bu partiyanı yarada biləcəyik, ya yox. Amma möcüzə baş verdi”,- deyə KXDR-in Böyük Britaniyadakı səfirinin müavini vəzifəsində çalışarkən 2016-cı ildə Cənubi Koreyaya sığınan Te Yon-ho partiyanın təsis yığıncağında bildirib.

Cənubi Koreya qanunlarına əsasən, partiya yaratmaq üçün ilkin olaraq ən azı min nəfər üzvlüyə namizəd olmalıdır. Partiya dövlət qeydiyyatı üçün bu tələbi tam yerinə yetirib.

Qeyd edək ki, 2018-ci ilin sonuna olan statistikaya əsasən, KXDR-dan qaçaraq Cənubi Koreyaya sığınanların sayı 32,3 min nəfər olub.