XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2020 - 23:12

Daha bir ölkədə koronavirusa yoluxma aşkarlandı

Maldiv Respublikasında koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb.

“Report”un məlumatına görə, bu barədə yerli “Sun” internet qəzeti xəbər verib.

Məlumata görə, iki nəfərdə virusa yoluxma aşkarlanıb. Onlar Kuredu adasındakı kurortun əcnəbi əməkdaşlarıdır.

Qeyd edilir ki, həmin şəxslərin işlədiyi kurort bağlanıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 99 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 103 973ə çatıb. Onların 58 525 nəfəri sağalıb, 3 524 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.