XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Mart 2020 - 10:43

İtaliyanın şimalında hərəkət məhdudlaşdırılıb –Koronavirusa görə

İtaliya Baş naziri Cüzeppe Konte, dünən gecə, koronavirusun yayılması ilə bağlı Lombardiya və  daha 14 əyalətin ərazisinə giriş və çıxış üçün məhdudiyyətlər qoyan sərəncam imzalayıb.

Sərəncam ölkənin Emilia-Romagna, Marche, Piedmont, Veneto (Venesiya daxil olmaqla) bölgələrini də əhatə edir.  

Həmin ərazilərə yalnız müstəsna hallarda, nəzarət altında daxil olmaq və çıxmaq mümkün olacaq mümkün olacaq. Eyni zamanda muzeylər və qalereyalara giriş, mədəni tədbirlər də məhdudlaşdırılıb. 

Qeyd edək ki, İtaliya hakimiyyət orqanlarının verdiyi son məlumatlara görə, ölkədə koronavirusa yoluxanların sayı 5,8 minə çatıb, 223 nəfər isə bu virusun qurbanı olub.  /APA