XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2020 - 12:16

“Koronavirus dünya iqtisadiyyatına 2,7 trilyon dollara başa gələ bilər” –Açıqlama

Koronavirusunun yayılmasına görə, dünya iqtisadiyyatı 2,7 trilyon ABŞ dollarına qədər (2.38 trilyon avro dəyərində) itirə bilər.

Bu məlumatları agentliyin mütəxəssisləri açıqlayıb. 

 Tədqiqatçılar bu xəstəliyin iqtisadiyyata təsir ssenarilərini göstəriblər. Bildirilir ki, əgər xəstəliyin yayıldığı yer, Çin hakimiyyəti prosesləri nəzarət altına alsa və ilin ikinci rübündə virusun ölkə iqtisadiyyatında yaratdığı fəsadlarla mübarizə apara bilsə, dünya iqtisadiyyatına dəyən zərər əhəmiyyətsiz olacaq.

 Lakin onlar bunun öhdəsindən gələ bilməsə və Cənubi Koreya, Yaponiya, Almaniya, İtaliya, Fransada xəstəlik daha çox yayılarsa zərər böyük olacaq, 2020-ci ildə qlobal iqtisadiyyat cəmi 2.3 faiz artacaq. Hansı ki, virusun yayılmasından əvvəl iqtisadi artımın 3,1 faiz olacağı proqnozlaşdırılmışdı.

 Növbəti ssenari, martın əvvəlinə qədər yoluxma hallarının geniş miqyasda yayılması ilə bağlıdır. Bu halda isə dünya iqtisadiyyatına böyük zərər dəyəcək, çünki infeksiyanın yayılması ilə mübarizə aparılacaq. Ekspertlərin fikrincə, qlobal iqtisadi artım 1,2 faizə çatacaq, Avrozona və Yaponiya tənəzzüllə üzləşəcək və ABŞ-da işsizlik səviyyəsi artacaq. Beləliklə, bu səbəbdən dünya iqtisadiyyatı 2,7 trilyon ABŞ dollarını itirəcək və bu ssenari ABŞ-da prezident seçkilərinin nəticələrinə də təsir göstərəcək.  /APA