XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2020 - 09:11

Fransada məscid atəşə tutulub –1 nəfər yaralanıb

Bazar günü axşam Parisin şimal-şərqində yerləşən bir məscid naməlum şəxs tərəfindən atəşə tutulub. 

BFMTV-nin verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirilib ki, dəbilqədə olan naməlum kişi yerli vaxtla saat 20:00-da məscidin həyətinə girib və atəş açıb. Həmin vaxt həyətdə olan bir kişi ağır yaralanıb. Hadisəni törədənin şəxsiyyəti barədə məlumat verilməyib.

Naməlum şəxs dərhal motorollerlə hadisə yerindən uzaqlaşıb. Hazırda onun harada olduğu bilinmir. (apa)