XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 March 2020 - 09:35

“PSJ”- “Borussiya” matçı azarkeşsiz keçiriləcək

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində martın 11-də keçirilməsi planlaşdırılan “PSJ”- “Borussiya” (Dortmund) cavab oyunu tamaşaçı olmadan keçiriləcək.

Bu barədə “LEquipe” nəşri məlumat yayıb.

Buna səbəb isə koronovirusun yayılmasıdır. Fransada koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkə ərazisində 1000 nəfərdən artıq şəxsin toplanması qadağan edilib.

Futbol matçları da bu kateqoriyaya düşür. Bütün hallarda son qərarı Paris prefekturası qəbul edəcək.

Hazırda Fransada yeni virusa yoluxanların sayı 1 126-ya çatıb. Onlardan 19-u dünyasını dəyişib. 21 nəfər ağır vəziyyətdə olsa da, 12 nəfər sağalıb.

Görüş 11 martda “Park de Prens” stadionunda baş tutmalıdır. Komandalar arasında Almaniyada keçirilən ilk oyunda “Borussiya” 2:1 hesablı qələbə qazanmışdı. (report)