XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2020 - 09:59

İtaliya ordusunun Baş Qərargah rəisi koronavirusa yoluxub

İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Salvatore Farina koronavirusa yoluxub. 

TASS-ın verdiyi məlumata görə, bu barədə bazar günü ANSA məlumat yayıb.

General Salvatore Farina bu barədə məlumat verərək artıq özünü yaxşı hiss etdiyini bildirib. Hazırda xəstəxanada xüsusi palatda müalicə olunur.

Qeyd edək ki, virusa yoluxma halları İtaliyanın bütün bölgələrində qeydə alınıb. (apa)