XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

09 Mart 2020 - 10:25

UEFA avrokubok oyunları öncəsi əllə görüşməyi qadağan etdi –Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə

UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti qərar qəbul edib.

Qurumun rəsmi saytı xəbər verir ki, futbolçulara avrokubok oyunları öncəsi əllə görüşmək qadağan olunub.

Bu addım Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə atılıb.

Qeyd edək ki, qitə futbol qurumu daha əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsində “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya), həmçinin Avropa Liqasının 1/16 finalının “Kopenhagen” (Danimarka) – “Başakşehir” (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb. Bundan başqa, ÇL-də 1/8 finalın PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) oyununa da azarkeşlərin buraxılmayacağı gözlənilir. (report)