XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2020 - 13:52

Gürcüstan müxalifəti etirazları dayandırdı –Yeni Gürcüstan Partiyasının lideri

Gürcüstanın müxalifət partiyaları hökumət əleyhinə etiraz aksiyalarına son qoyub.

Bu barədə Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze bildirib.

Onun sözlərinə görə, hakim partiya və müxalifət arasında seçki sistemi ilə bağlı əldə olunan razılaşma yerinə yetirilsə, kütləvi aksiyalara moratorium qoyulacaq. Qeyd edək ki, ötən gün hakim Gürcü Arzusu Partiyası və müxalifət arasında bu ilin payızında keçiriləcək parlament seçkilərinin sistemi ilə bağlı razılıq əldə olunub. Razılığa əsasən, seçkilər 120/30 və 1%-lik baryer modeli üzrə keçiriləcək. 120 deputat proporsional, 30-u isə majoritar sistem üzrə seçiləcək. Bununla yanaşı, 40%-dən az səs toplayan partiya hökuməti formalaşdıra bilməyəcək. (Report)