XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2020 - 14:23

Səudiyyə Ərəbistanı 9 ölkə ilə təyyarə və gəmi səfərlərini dayandırdı –Koronavirus təhlükəsi səbəbindən

Səudiyyə Ərəbistanı koronavirusa qarşı mübarizə çərçivəsində 9 ölkə ilə təyyarə və gəmi səfərlərini müvəqqəti olaraq dayandırıb.

Məlumatı “Anadolu” agentliyi yayıb. Bildirilib ki, hökumət Səudiyyə Ərəbistanı təbəələrinin Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Bəhreyn, Livan, Suriya, Cənubi Koreya, Misir, İtaliya və İraqa, eləcə də ölkə vətəndaşlarının krallığa səfərlərini müvəqqəti olaraq dayandırıb.

Məlumata görə, son 14 gündə həmin ölkələrdə olanların Səudiyyə Ərəbistanına girişi təxirə salınıb. BƏƏ, Küveyt və Bəhreyndən quru yolu ilə gələnlərə bu qadağa şamil edilməyəcək.