XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

09 Mart 2020 - 15:52

İranda partiya sədri koronavirusdan ölüb

İranda partiya sədri koronavirusdan (COVID-19) ölüb.

İranın Vəhdət və Milli Əməkdaşlıq Partiyasının sədri, sabiq deputat Məhəmmədrza Rahçəməni bu gün vəfat edib.

Bildirilib ki, İranın Məhkəmə Sisteminin sədri İbrahim Rəisi koronavirusla əlaqədar 70 min məhbusun müvəqqəti olaraq evə buraxılmasına göstəriş verib. Müvəqqəti evə buraxılan məhbuslar əsasən, xəstəliyə meyilli olanlardır.

Qeyd edək ki, ötən iki həftə ərzində İranda  bir neçə vəzifəli şəxs koronavirusa yoluxub.  Onlardan bəzisi epidemiyadan həyatını itirib. (apa)