XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2020 - 18:14

Səudiyyə Ərəbistanı:Rusiya ilə müharibə aparmırıq

“Səudiyyə Ərəbistanı neft məsələsində Rusiya ilə müharibə aparmır və belə bir niyyəti yoxdur”.

TASS xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Neft İxrac Edən Ölkələr Birliyindəki (OPEC) nümayəndəliyindən mənbə bildirib. Onun sözlərinə görə, enerji bazarındakı oyunçulardan biri olan Rusiya Səudiyyə Ərəbistanı üçün əhəmiyyətli tərəfdaşdır. OPEC+ formatı ilə bağlı yekun qərar verilməmiş “Saudi Aramco”nun aprel ayındakı planlarına əngəlin olmadığını bildirən mənbə hazırda neft bazarında baş verənlərə görə sözügedən sövdələşmənin bütün iştirakçılarının, xüsusilə də iri iştirakçılarının məsuliyyət daşıdığını qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl “Wall Street Journal” nəşri Səudiyyə Ərəbistanının Rusiyanın dünya neft bazarındakı mövqeyini sarsıtmaq üçün qiymətləri aşağı salmaq istədiyini yazıb. (Report)