2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Asiya zonası üzrə seçmə mərhələsinin mart və iyunda keçirilməsi nəzərdə tutulan oyunları təxirə salınıb.
FİFA-nın rəsmi saytı xəbər verir ki, koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə 23 – 31 mart və 1 – 9 iyunda nəzərdə tutulan qarşılaşmalar ləğv olunub.
Qərarın Asiya Futbol Konfederasiyası ilə qarşılıqlı razılıq əsasında qəbul olunduğu bildirilib. Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcək. (report)