XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2020 - 21:22

ABŞ-ın iki hərbçisi İraq əsgərləri ilə birlikdə öldürülüb

ABŞ-ın iki hərbi qulluqçusu İraq ərazisində tapşırığın icrası zamanı həlak olub.

TASS xəbər verir ki, bu barədə ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının nümayəndəsinə istinadən İraqın “Al Sumaria” telekanalı bildirib.

Məlumata görə, ABŞ hərbçiləri ötən gecə İraqın mərkəzi regionunun şimalında öldürülüblər. Qeyd edilir ki, Amerika hərbçiləri İŞİD silahlılarının məhv edilməsi üzrə birgə əməliyyat zamanı İraq əsgərlərini müşayiət ediblər.

Tapşırığın icrası zamanı həmçinin İraqın da bir neçə hərbçisi həlak olub.

Ölkənin mərkəzi hissəsindəki xüsusi əməliyyatın təfərrüatları açıqlanmır. (report)