XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2020 - 22:59

İtaliyada koronavirusa yoluxanların sayı 9 min nəfəri ötdü –Mülki Müdafiə xidmətinin rəhbəri

Son gün ərzində İtaliyada koronavirusa yoluxma hallarının sayı demək olar 2 000, ölənlərin sayı təxminən 100 nəfər artıb.

RİA “Novosti” xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli bildirib.

O, qeyd edib ki, virusa yoluxanlardan 102-si sağalıb və onların ümumi sayı 724 nəfərə çatıb. “Həmçinin biz 96 ölüm hadisəsini qeydə aldıq. İndi ümumi say 463 nəfərdir”, – Borelli keçirdiyi brifinqdə qeyd edib.

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının ümumi sayı ölənlər və sağalanlar da daxil olmaqla, 9 172 nəfərə çatıb.

Qeyd edək ki, koronavirusa ilk yoluxma 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. (Report)