XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2020 - 23:21

Tramp dünyanın koronavirusa reaksiyasını tənqid etdi –"Həyat və iqtisadiyyat davam edir"

ABŞ prezidenti Donald Tramp dünyada koronavirusa həddən artıq reaksiya verilməsinə eyham vuraraq, onu adi qrip epidemiyası ilə müqayisə edib.

Bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

“Beləliklə, ötən il 37 min amerikalı adi qripdən öldü. İldə orta hesabla (ölüm faizi-red) 27 mindən 70 min insana qədər təşkil edir. Heç nə bağlanmır, həyat və iqtisadiyyat davam edir.

Hazırda xəstəliyə 546 yoluxma halı təsdiqlənib, onlardan 22-i ölümlə nəticələnib. Bu barədə düşünün!” – deyə Tramp “Twitter”dəki hesabında yazıb.

Rəsmi məlumata görə, hazırda ABŞ ərazisində 560 nəfər koronavirusa yoluxub. Birləşmiş Ştatlarda 22 nəfər koronavirusun qurbanı olub. (report)