XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

09 Mart 2020 - 23:59

Fransada nazir koronavirusa yoluxdu

Fransanın daha bir rəsmi şəxsi koronavirusa yoluxub.

Ölkənin Mədəniyyət naziri Frank Riesterin koronavirus testinin nəticələri müsbət çıxıb.

Məlumata görə, hazırda nazirin vəziyyəti sabitdir.

Fransada son gün daha 286 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 1 412-yə çatıb.

Məlumata görə, yeni infeksiyaya yoluxanlardan 25-i ölüb. Qeyd edilir ki, koronavirusa yoluxanlardan 66-nın vəziyyəti ağırdır.

Xatırladaq ki, Fransa parlamentinin 5 deputatında da koronavirus aşkar edilib.

Qeyd edək ki, koronavirusa ilk yoluxma 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. (Report)